Mənzilin ümumi dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
Şəhərin mərkəzinə yaxın, həm də şəhər səs-küyündən uzaq, hamının xəyalını qurduğu bir yaşayış kompleksini qarşılayın! "City Garden Narimanov" yaşayış kompleksi Nərimanov rayonu ərazisində yerləşir. Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin yaxınlığında yerləşən kompleksdən şəhərin müxtəlif istiqamətlərinə 10-15 dəqiqə ərzində çatmaq mümkündür. Həmçinin ictimai nəqliyyat kimi sürət qatarı ilə “28 May” ərazisi də 5 dəqiqəlik uzaqlıqda olacaq. Kompleks yaxınlığında insanların sayına uyğun olaraq özəl və dövlət məktəbləri, həmçinin məktəbəqədər hazırlıq mərkəzləri fəaliyyət göstərəcək. Səhiyyə müəssisələrinə yaxınlıq faktoru da yerləşmədə nəzərə alınmışdır. Küləklər şəhərində küləksiz bir həyat! Kompleksin inşası zamanı paytaxtın küləkli hava şəraiti nəzərə alınaraq hava sirkulyasiyasının düzgün axımını həyata keçirəcək memarlıq nümunəsi yaradılmışdır. Bununla da kompleks daxilindəki 17 hektarlıq geniş həyətdə küləkli hava şəraitinin hiss olunması minimuma endirilmişdir. Kompleksin həyətindəki ağacların sıx düzülüşü də havanın aerodinamik hərəkətini tənzimləyən faktorlardan biridir.
Premium keyfiyyəti hər gün hiss edin! Qranit fasadla örtülmüş binalara müxtəlif fəsillərdə ətraf mühitin təsiri azalır. Həmçinin mənzillərdə istifadə edilən 5 sm qalınlığındakı daş yunu ilə səs və istilik izolyasiyasından zövq ala bilərsiniz. Belə ki, qonşu mənzillərə gedən və oradan gələn səs bu izolyasiya sistemi ilə aradan qalxır. Bundan başqa, mənzillərin isidilməsi və ya soyudulması zamanı daxildə yaranmış temperatur izolyasiya sistemi ilə daha gec itir. Bu həm də enerji xərclərinə qənatə etməyə imkan yaradır. Temperaturu tənzimlənə bilən istipol döşəmələrdə 25 dərəcəyə qədər isidilmənin həyata keçirilməsi mümkündür. Mənzillərin təmirində Avropa istehsalı olan yüksək keyfiyyətli parketlərdən, Türkiyə istehsalı olan dayanıqlı kabel sistemlərindən və İtaliya istehsalı olan 30x90 ölçüsündə premium kafellərdən istifadə edilmişdir. Hündür daxili qapıları ilə daha geniş və rahat bir həyata qapı açarkən, aliminium pəncərələrlə hava axınının mənzilə daxil olmasının qarşısını ala biləcəksiniz. Vitraj pəncərəli mənzillərdə laminasiyalı şüşələrdən istifadə edildiyi üçün onların qırılması zamanı xəsarət alma ehtimalı sıfıra enir. Verandalı (1-ci mərtəbədə yerləşən və öz həyəti olan) dupleks mənzillər, terraslı ən son mərtəbələr və müasir memarlığa aid müxtəlif növ detalları “City Garden” yaşayış kompleksində tapmağınız mümkündür.
Müasir texnologiyanın üstünlüklərindən gündəlik həyatınızda da faydalanın! Ağıllı ev sistemləri ilə mənzilinizin təhlükəsizliyinə həm də özünüz nəzarət edə biləcəksiniz. Quraşdırılmış işıq, su, qaz və hərəkət sensorları ilə yaşana biləcək hər hansı bədbəxt hadisəyə dərhal müdaxilə etməyiniz mümkün olacaq, həm sizin, həm də mənzilinizin təhlükəsizliyi təmin edilmiş olacaq. Qeyd edək ki, bu sistemlər mənzil sahiblərinin sifarişi əsasında təkmilləşdirilə bilər. Pərdələrin idarə edilməsi, modern texnologiyanı dəstəkləyən ev əşyaları və alətlərin bu sistemə adaptasiya edilməsi də mümkündür. Modern, təhlükəsiz və rahat bir həyat üçün ağıllı ev sistemləri ilə təchiz olunmuş mənzillərdə yaşamaqdan zövq alın!
17 hektarlıq geniş həyətdə asudə vaxtınızı daha rahat keçirin! 21 hektar ərazidə yerləşən “City Garden” layihəsinin 17 hektarı məhz həyət üçün nəzərdə tutulmuşdur. Bu həyətdə əyləncə, istirahət və digər imkanlarla asudə vaxtınızı kompleks xaricinə çıxmadan yaxşı dəyərləndirməyiniz mümkündür. Geniş həyətində çiçək bağçaları, meyvə bağçaları və gizli bağçalarla yanaşı, uşaqlar üçün istirahət və oyun zolaqları, piknik və barbekü üçün xüsusi zonalar, dekorativ hovuzlar və mərkəzində yerləşən fəvvarə ilə özünüzü təbiətin içində hiss edəcəksiniz! Həmçinin kompleks ərazisində açıq və qapalı olmaqla iki növ olan hovuzlar kişilər üçün ayrı, qadınlar üçün isə ayrı olaraq nəzərdə tutulub. Qeyd edək ki, hovuzlar ilin bütün fəsillərində fəaliyyət göstərə biləcək. 2,8 km yerimə zolağı, 1,5 km uzunluğunda veloyol, tennis kortu, basketbol və futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt parkı ilə sağlamlığınız qeydinə qalarkən asudə vaxtınızı da daha əyləncəli keçirmiş olacaqsınız! “Mall” və əyləncə mərkəzləri daxil olmaqla geniş ticarət mərkəzləri zolağı, kafelər və müxtəlif iaşə obyektləri, çox geniş yeraltı avtodayanacaq sahəsi və açıq hava kinoteatrları ilə bütün komfortu bir ünvanda tapacaqsınız. Yalnız sakinlərin daxil ola bildiyi 3 əsas giriş qapısı və kamera-nəzarət sistemi də bütün bunları təhlükəsiz formada həyata keçirməyiniz üçün hesablanmışdır.
Mənzilin ümumi dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 4% olan ödənişlərdə maksimal məbləğ 100.000 manat təşkil edir.