Mənzilin ümumi dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
Şəhərin mərkəzinə yaxın, həm də şəhər səs-küyündən uzaq, hamının xəyalını qurduğu bir yaşayış kompleksi – “City Garden Narimanov”!
Modern memarlıqla inşa edilən layihədə vitraj pəncərələr, verandalı dupleks mənzillər, terraslı ən son mərtəbələri olan tam təmirli mənzillərin fasadında xüsusi materiallardan, interyerində isə yalnız brend markalara məxsus avadanlıqlardan istifadə edilmişdir.
Yalnız sakinlərin daxil ola bildiyi 3 əsas giriş qapısı, 24/7 kamera-nəzarət sistemi və ağıllı ev sistemləri ilə təhlükələrdən, səs izolyasiyası ilə səs-küydən, istilik izolyasiyası ilə hava şərtlərindən azad olacaqsınız!
Geniş həyətində yamyaşıl bağçaları, istirahət və oyun zolaqları, veloyol, basketbol və futbol meydançaları, skeyt parkı, “Mall” və əyləncə mərkəzləri, kafelər, yeraltı avtodayanacaq və açıq hava kinoteatrı ilə komfortu bir ünvanda tapacaqsınız.
20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək kredit imkanı ilə mənzil sahibi olaraq premium bir həyata keçid edin!
“City Garden Narimanov” – Xəyallar gerçək olur!
Sakinlərimizin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrimizdən biridir!
Hamam otağında İtaliya istehsalı olan 30x90 ölçülü premium kafel və metlaxlardan istifadə edilmişdir. İşıqlandırmada isə modern üsluba müraciət edilmişdir.
Avropa istehsalı olan yüksək keyfiyyətə malik parketlər 5 rəng seçimi ilə təqdim olunur. Parketlərin altındakı izolyasiya sistemi qonşu mənzillərə gedən ayaq səslərini dayandırarkən, temperaturu tənzimlənə bilən istipol döşəmələri isə rahatlığınıza xidmət edəcək.
Keyfiyyətli və hündür qapıları, daha dözümlü və qoruyucu oksid örtüklü aliminium pəncərələri, seçiminizə uyğun olaraq laminasiyalı vitraj pəncərələri ilə komfort dolu bir həyatın içində hiss edə bilərsiniz.
Brend markalara aid oboy, Türkiyə istehsalı kabel sistemi mənzilin həm estetik, həm də dayanıqlı tərəflərini göstərəcək.
Əgər qonaqlarınız varsa və siz hələ evə çatmamısınızsa, narahat qalmağa ehtiyac yoxdur. Binaların lüks təmirli giriş lobbilərində qonaqların komfortu da öncədən nəzərə alınmışdır.
Mənzilin ümumi dəyəri:
İlkin ödəniş:
Aylıq ödəniş:
* Dövlət ipoteka fondunun qərarına əsasən illik faiz dərəcəsi 4% olan ödənişlərdə maksimal məbləğ 100.000 manat təşkil edir.